Laporta rəqibini Messinin adından istifadə etməkdə ittiham etdi

Laporta rəqibini Messinin adından istifadə etməkdə ittiham etdi İdman

"Barselona" klubunun prezidenti Joan Laporta prezidentlik seçkiləri öncəsi rəqibi Victor Fontu tənqid edib.

News24.az-ın məlumatına görə, Laporta Fontun klub əfsanəsi Lionel Messinin adından siyasi məqsədlər üçün istifadə etdiyini iddia edib. Onun sözlərinə görə, azarkeşlər keçmişdən çox klubun indiki vəziyyəti və gələcəyi barədə danışmaq istəyirlər.

Debat zamanı keçmiş məşqçi Xavi Hernandezin 2023-cü ildə Messinin “Barselona”ya qayıdışının qarşısının alındığı barədə iddiaları da müzakirə olunub.

Bazar günü keçiriləcək prezident seçkiləri öncəsi Laporta və Font arasında mübarizə daha da gərginləşib.