Lavia yaşıl meydanlardan uzaq qala bilər

Lavia yaşıl meydanlardan uzaq qala bilər İdman

“Çelsi”nin 66 milyon avroya transfer etdiyi 21 yaşlı belçikalı futbolçu Romeo Lavia növbəti dəfə zədələnib.

News24.az xəbər verir ki, UEFA Çempionlar Liqasındakı “Qarabağ” səfərində meydana çıxan gənc yarımmüdafiəçi cəmi 4 dəqiqə oynaya bilib.

2023-cü ildə “Sauthempton”dan transfer olunan Lavia London klubunda tez-tez zədələr səbəbindən forma geyinə bilmir. Ötən mövsüm arxa əzələ problemi səbəbindən uzun müddət meydana çıxmayan futbolçu bu mövsüm cəmi 6 oyunda iştirak edib.

“Qarabağ”la görüşün 4-cü dəqiqəsində zədələnən Lavia meydanı tərk edərək yerini Moises Kaicedoya verib.

“Çelsi” azarkeşləri sosial şəbəkədə gənc futbolçuya dəstək mesajları göndərsələr də, onun ardıcıl zədələnmələri ciddi narahatlıq doğurur. Klub həkimləri futbolçunun vəziyyəti ilə bağlı dəqiq diaqnozu yaxın günlərdə açıqlayacaq.

Əgər zədə ciddi olarsa, Romeo Lavia bir müddət yaşıl meydanlardan uzaq qalacaq.