Levandovski “Barselona”da qalmaq üçün maaşını azaltmağa hazırdır

Levandovski “Barselona”da qalmaq üçün maaşını azaltmağa hazırdır İdman

“Barselona”nın futbolçusu Robert Levandovski komandada qalmaq üçün maaşını azaltmağa razıdır.

News24.az xəbər verir ki, ona Amerika çempionatı və Səudiyyə Ərəbistanı klublarından təkliflər olsa da, futbolçu Kataloniyada qalmaq istəyir. O, ailəsinin burada daha rahat olduğunu və klubla müqaviləsini uzatmaq istədiyini bildirib.

Levandovski “Barselona”nın stadionunda oynamağa davam etmək niyyətindədir. O hətta daha az maaş və komandada ikinci dərəcəli rol qəbul etməyə də hazırdır.

Təcrübəli hücumçu bu addımı ilə klubun maliyyə vəziyyətinə də kömək etmək istəyir.

@231455837950178 zəhmət olmasa yerləşdir