“Lion” -“Fənərbağça” oyunundakı davanın detalları bəlli oldu
İdman
“Çempionlar Liqası”nın pley-off mərhələsində baş tutan “Lion” və “Fənərbağça” qarşılaşması kütləvi dava ilə başa çatıb.
News24.az xəbər verir ki, final fitindən sonra Türkiyə komandasının yarımmüdafiəçisi Matteo Genduzi soyunub-geyinmə otağına gedərkən fransalı azarkeşlərə və “Lion”un inzibati əməkdaşına qeyri-etik jest göstərib.
Bundan sonra Fransa klubunun nümayəndələri onun arxasınca qaçıblar.
“Fənərbağça”nın məşqçilər heyəti Genduzinin paltardəyişmə otağına getməsinə şərait yaradıb.
Bundan sonra tərəflər arasında kütləvi dava baş verib.
Qarşılaşma “Fənərbağça”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Türkiyə klubu 19 ildən sonra ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.