Lionel Messi “İnter Mayami” ilə müqaviləsini uzatdı

Lionel Messi “İnter Mayami” ilə müqaviləsini uzatdı İdman

Argentinalı futbolçu Lionel Messi ABŞ-nin “İnter Mayami” klubu ilə yeni müqavilə imzalayıb.

News24.az xəbər verir ki, razılaşmaya əsasən, Messi 2028-ci ilin sonuna qədər komandada qalacaq. 38 yaşlı futbolçunun əvvəlki müqaviləsi 2025-ci ilin dekabrında başa çatmalı idi. Yeni anlaşma ilə Messi 41 yaşına qədər ABŞ çempionatı – MLS-də çıxış edəcək.

Beləliklə, “İnter Mayami”nin kapitanı gələcək üç mövsümdə də komandanın əsas simalarından biri olacaq.

Xeyrənsə Piriyeva