"Liverpul" - "Qarabağ" oyununun hakim təyinatları AÇIQLANDI

"Liverpul" - "Qarabağ" oyununun hakim təyinatları AÇIQLANDI İdman

"Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu - VIII turunda "Liverpul"a qarşı keçirəcəyi oyunun təyinatları açıqlanıb.

News24.az xəbər verir ki, Liverpuldakı "Enfild Roud" stadionunda baş tutacaq görüşə Slovakiyadan olan ədalət təmsilçiləri təyinat alıblar.

Qarşılaşmanı slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edəcək. Branislav Hançko və Yan Pozor oyunun baş hakiminin köməkçiləri olacaqlar. Dördüncü hakim funksiyasını Peter Kraloviç yerinə yetirəcək.

VAR-da niderlandlı Pol van Boekel, AVAR-da isə belçikalı Yan Boterberq əyləşəcəklər.

Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 29-da Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.