“Liverpul”dan Kənan Yıldız üçün 100 milyon avroluq təklif

“Liverpul”dan Kənan Yıldız üçün 100 milyon avroluq təklif İdman

İngiltərənin “Liverpul” klubu “Yuventus”un gənc ulduzu Kenan Yıldız üçün böyük transferə hazırlaşır.

News24.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin 20 yaşlı futbolçuya görə 100 milyon avro təklif etməyi planlaşdırdığı bildirilir.

Məlumata görə, Məhəmməd Salahın komandadan ayrılma ehtimalı fonunda “qırmızılar” Kenan Yıldızı hücum xəttində əsas alternativ və potensial varis kimi dəyərləndirir. Gənc futbolçu bu mövsüm “Yuventus”un heyətində keçirdiyi oyunlarda 13 qol və 8 məhsuldar ötürmə ilə diqqət çəkib.

Qeyd edək ki, Kenan Yıldızın çıxışı digər Avropa klublarının da marağına səbəb olub. “Liverpul”un transferi reallaşdıracağı halda, bu keçidin yay transfer pəncərəsinin ən bahalı müqavilələrindən biri ola biləcəyi bildirilir.