“Liverpul”un 145 milyon avroluq oyunçusu ilə bağlı şok xəbər
İdman
İngiltərə Premyer Liqasında mübarizə aparan “Liverpul” klubu ulduz hücumçusu Aleksandr İsakın ağır zədə aldığını açıqlayıb.
News24.az xəbər verir ki, mövsümün əvvəlində “Nyukasl”dan 145 milyon avroya transfer edilən isveçli futbolçu “Tottenhem”lə səfər oyununda meydana çıxdıqdan cəmi 15 dəqiqə sonra zədələnərək oyunu davam etdirə bilməyib. Klubun məlumatına görə, İsakın ayaq sümüyü sınıb və o, əməliyyat olunub.
26 yaşlı hücumçunun nə qədər müddətə yaşıl meydanlardan kənarda qalacağı hələlik açıqlanmayıb. Qeyd edək ki, İsak bu mövsüm “Liverpul” forması ilə 16 oyunda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.