Luka Modriçdən şok etiraf: "Ronaldonu ağlatmışdı"

Luka Modriçdən şok etiraf: "Ronaldonu ağlatmışdı" İdman

Xorvatiyalı ulduz futbolçu Luka Modriç "Corriere della Sera" qəzetinə verdiyi müsahibədə Real Madrid dövrü ilə bağlı diqqətçəkən açıqlama verib.

News24.az - ın məlumatına görə, Modriç bildirib ki, baş məşqçi Joze Mourinyo bir kubok oyununda Kriştiano Ronaldonun müdafiəyə kömək etməməsinə əsəbiləşərək onu hamının qarşısında sərt tənqid edib. Futbolçunun sözlərinə görə, bu hadisədən sonra Ronaldo çox kədərlənib və göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, müsahibədə Modriç həmçinin Milan karyerası, uşaqlıq xatirələri və gələcək planları barədə də fikirlərini bölüşüb.