Makqreqor bu ilə qədər döyüşlərə - qayıtmayacaq
İdman
Ultimate Fighting Championship (UFC) üzrə iki çəki dərəcəsində keçmiş çempion olan irlandiyalı Konor Makqreqor 2024-cü ildə döyüşlərə qayıtmayacaq.
News24.az xəbər verir ki, bu barədə Dana Uayt məlumat verib.
"Biz danışdıq. Makqreqor döyüşmək istəyir, amma bu il döyüşməyəcək” Uayt dedi.
İyunun sonunda Makqreqor UFC 303-də amerikalı Maykl Çandlerlə döyüşməli idi. Lakin irlandiyalı döyüşə hazırlaşarkən ayaq barmağını sındırdıqdan sonra döyüş ləğv edilib.
Bildirək ki, Makqreqorun 36 yaşı var. Qarışıq döyüş növləri üzrə 22 qələbə və 6 məğlubiyyət var. İdmançı 2015-ci ildə ilk UFC titulunu qazandı və sonra irlandiyalı təşkilat tarixində eyni vaxtda müxtəlif çəki dərəcələrində iki titul sahibi olan ilk döyüşçü oldu. Makqreqor 2021-ci ilin iyulunda amerikalı Dastin Puarye ilə son döyüşündə ayağını sındırıb.
Günel Məlikzadə