Makqreqor döyüşə qayıdır: "Mən ağrıdan qaçmadım"

Makqreqor döyüşə qayıdır: "Mən ağrıdan qaçmadım" İdman

UFC-nin iki çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor qarışıq döyüş növlərinə (MMA) qayıdış hazırlığına başlayıb.

News24.az xəbər verir ki, Makqreqor bu barədə sosial şəbəkə hesablarında yazıb.

"Dizim tam bərpa olunub. Şübhə edənlər danışmağa davam edə bilərlər. Mən ağrıdan qaçmadım, onun üzərinə getdim. İndi əsl iş başlayır. Qayıdış mövsümü elə bu gündən başlayır. Heç bir qısa yol yoxdur. Heç bir bəhanə yoxdur. Yalnız yenidən ayağa qalxmaq iradəsi var", – deyə Makqreqor yazıb.

Qeyd edək ki, iyulun 12-də Makqreqor UFC 329 turnirində Maks Hollouey ilə oktaqonda üz-üzə gəlib. İrlandiyalı döyüşçü ayağından aldığı zədə səbəbindən ilk raundun gedişində hakim qərarı ilə döyüşdən kənarlaşdırılıb.