"Mançester Yunayted" "Yuventus"un müdafiəçisi ilə maraqlanır
İdman
İngiltərənin "Mançester Yunayted" klubu "Yuventus"un (İtaliya) müdafiəçisi Pyer Kalulu ilə maraqlanır.
News24.az xəbər verir ki Mançester təmsilçisi 25 yaşlı futbolçunun transferi üçün 30 milyon avro ödəməyə hazırdır.
Fransalı müdafiəçiyə Premyer Liqanın digər təmsilçiləri "Aston Villa" və "Tottenhem"in də maraq göstərdiyi bildirlir.
Qeyd edək ki, P.Kalulu cari mövsümdə bütün turnirlərdə 28 oyuna çıxıb, bir qol və dörd məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı oyunçunun dəyərini 28 milyon avro qiymətləndirir.