“Mançester Siti” Arda Gülər üçün Rodrini təklif etdi
İdman
“Mançester Siti”nin Arda Gülərə olan marağı gündəmdə qalmaqda davam edir.
News24.az-ın məlumatına görə, İngiltərə mətbuatı yazır ki, klub gənc futbolçu üçün Rodrini mübadilə təklifi kimi “Real Madrid”ə təqdim edib.
Lakin Madrid klubu Rodrinin son dövrdə yaşadığı zədələr səbəbindən bu təklifi rədd edib. “Real” Arda Güləri satıla və ya dəyişdirilə bilən oyunçu kimi görmür və onun gələcəkdə dünya səviyyəli ulduza çevriləcəyinə inanır.
Arda Gülərin də klubdan ayrılmaq niyyəti yoxdur və “Real Madrid”də uzun müddət qalmaq istədiyi bildirilir.