“Mançester Siti” yarımfinala yüksəldi
İdman
“Mançester Siti” İngiltərə Liqa Kubokunun 1/4 finalında evdə “Brentford”u 2:0 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.
News24.az xəbər verir ki, “Etihad” stadionunda keçirilən oyunda qolları 32-ci dəqiqədə Rayan Çerki, 67-ci dəqiqədə isə Savinyo vurub.
Bu nəticə ilə Pep Qvardiolanın komandası rəsmi oyunlarda qələbə seriyasını altı matça çatdırıb.