Ruben Amorim “Mançester Yunayted”dən qovuldu
İdman
“Mançester Yunayted” portuqaliyalı baş məşqçi Ruben Amorimlə yollarını ayırıb.
News24.az xəbər verir ki, klub Amorimin “Lids”lə 1:1 hesablı heç-heçədən sonra idarə heyətini açıq şəkildə tənqid etməsi və komandanın zəif nəticələri fonunda bu qərarı verib.
14 ay “Old Trafford”da çalışan Amorim bu müddətdə 63 oyuna çıxıb və cəmi 24 qələbə qazanaraq 38 faizlik qələbə göstəricisi ilə yadda qalıb. Klub Premyer Liqada altıncı pillədə qərarlaşdığı üçün dəyişiklik etməyin zəruri olduğunu açıqlayıb.
“Mançester Yunayted” rəsmi bəyanatında Ruben Amorimə xidmətlərinə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb. Onun yerinə müvəqqəti məşqçinin təyin olunduğu bildirilib.