“Mançester Yunayted”in sabiq futbolçusu yenidən transfer olunur
İdman
“Mançester Yunayted”in sabiq futbolçusu Jesse Linqard Cənubi Koreyanın “Seul” klubundan ayrıldıqdan sonra karyerasını Cənubi Amerikada davam etdirə bilər.
News24.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin Braziliyanın “Remo” klubu ilə danışıqlar apardığı bildirilir. Tərəflər arasında razılığın əldə olunacağı gözlənilir.
Linqard “Seul”dan ayrılarkən sosial şəbəkə hesabında klub və azarkeşlərə təşəkkür edib, Cənubi Koreyada keçirdiyi dövrü “unudulmaz təcrübə” adlandırıb.