“Mançester Yunayted”in yeni baş məşqçisi bəlli oldu

“Mançester Yunayted”in yeni baş məşqçisi bəlli oldu İdman

“Mançester Yunayted” mövsümün sonuna qədər Maykl Kerrikin baş məşqçi vəzifəsini icra edəcəyini açıqlayıb.

News24.az xəbər verir ki, klub bu qərarı yanvarın 5-də Ruben Amorimin uğursuz nəticələrə görə istefaya göndərilməsindən sonra verib.

44 yaşlı Kerrik daha əvvəl “Mançester Yunayted”də futbolçu kimi 464 oyun keçirib və çoxsaylı titullar qazanıb. O, məşqçi karyerasında Joze Mourinyo və Ole Qunnar Solskyerin köməkçisi olub, son olaraq isə “Midlsbro”nu çalışdırıb.