Maradonanın "oğlu" həbs olundu

Maradonanın "oğlu" həbs olundu İdman

Argentinada illərdir əfsanəvi futbolçu Dieqo Maradonanın gizli oğlu olduğunu iddia edən şəxs narkotik qaçaqmalçılığında şübhəli bilinərək həbs olunub.

News24.az xəbər verir ki, Santyaqo Lara bioloji atası Marselo və başqa bir şübhəli ilə birlikdə La Plata şəhərində (Buenos Ayresdən 60 km məsafədə) həbs edilib. Polis kokain, həşiş, ekstazi, metamfetamin, tərəzi, yeddi telefon və nağd pul müsadirə edib.

2016-cı ildə 15 yaşlı Lara özünü Maradonanın oğlu olduğunu bəyan etmişdi. O, 2006-cı ildə ağciyər xərçəngindən vəfat edən keçmiş model anasının Maradona ilə münasibətdə olduğunu açıqlamışdı. 2021-ci ildə aparılan DNT testi Lara ilə 2020-ci ilin noyabr ayında vəfat edən Maradona arasındakı münasibət iddiasının doğruluğunu yalanlamışdı. (Fanat)