Maraqlı fakt: Mbappenin anası “Real Madrid” oyunçularından daha çox maaş alır

Maraqlı fakt: Mbappenin anası “Real Madrid” oyunçularından daha çox maaş alır İdman

Kilian Mbappenin anası və meneceri Fayza Lamari oğlunun karyerasını idarə etdiyinə görə illik təxminən 4,5 milyon avro xalis gəlir əldə edir.

News24.az xəbər verir ki, bu məbləğ “Real Madrid”in heyətindəki səkkiz futbolçunun maaşından yüksəkdir.

Məlumata görə, Mbappe ilə anası arasında aparılan danışıqlarda Lamari əvvəlcə gəlirin 50 faizini tələb edib. Mbappe bu təklifə razılaşmayıb və tərəflər sonda 30 faizlik pay üzərində razılığa gəliblər.

Qeyd edək ki, Mbappenin illik maaşı təxminən 15 milyon avro dəyərində qiymətləndirilir. Fayza Lamariyə ödənilən 4,5 milyon avro isə “Real Madrid”in bəzi gənc və aşağı maaşlı futbolçularının gəlirini üstələyir. Bu siyahıya Arda Güler, Gonzalo Qarsiya, Endrik, Andriy Lunin, Fran Qarsiya, Raul Asensio, Brahim Dias və Franko Mastantuono daxildir.