Mbappe PSJ-yə təzminat ödəyəcək

Mbappe PSJ-yə təzminat ödəyəcək İdman

“Real Madrid”in hücumçusu Kilian Mbappe keçmiş klubu PSJ-yə 60 min avro ödəyəcək.

News24.az xəbər verir ki, bu barədə Paris Apellyasiya Məhkəməsi qərar çıxarıb.

Məlumata görə, bu məbləğ 2025-ci ildə Paris klubunun bank hesablarının bloklanmasına görə kompensasiya kimi müəyyən edilib.

Mbappe 2024-cü ilin avqustunda “Real Madrid”ə keçdikdən sonra keçmiş klubuna qarşı 60 milyon avroluq iddia qaldırıb. Futbolçu PSJ-nin ona çatacaq bonus və mükafatları ödəmədiyini bildirib.

2025-ci ilin yazında iş əmək məhkəməsində araşdırılıb. Proses zamanı Mbappenin vəkilləri PSJ-nin bank hesablarına təminat tədbiri olaraq həbs qoyulmasına nail olublar. Nəticədə 45 gün ərzində PSJ-nin bank hesablarında 55 milyon avro həbsdə saxlanılıb. May ayında PSJ-nin müraciəti əsasında bu tədbir ləğv edilib.

Sözügedən 60 min avro təzminat isə klubun vəsaitlərindən istifadə edə bilməməsi ilə bağlı yaranmış zərəri kompensasiya etməlidir.