Mbappe xəstəxanaya yerləşdirildi

Mbappe xəstəxanaya yerləşdirildi İdman

"Real Madrid"in fransız super ulduzu Kilian Mbappe ABŞ-da xəstəxanaya yerləşdirilib.

News24.az xəbər verir ki, klubun açıqlamasında "futbolçumuz Kilian Mbappe kəskin qastroenterit (mədə infeksiyası) səbəbilə xəstəxanaya yerləşdirilib, müxtəlif müayinə və müalicələrdən keçir" deyilir.

Real Madrid-in saytında edilən ikinci açıqlamada, “futbolçumuz Kilian Mbappe bu gün günortadan sonra xəstəxanadan buraxılıb və Real Madrid düşərgəsinə qayıdıb.

Bildirilib ki, Mbappenin xüsusi müalicəsi davam edəcək və o, tədricən komanda fəaliyyətinə qayıdacaq.

Ulduz futbolçunun yalnız FİFA Klublararası Dünya Çempionatında "Paçuka" ilə oyunu buraxacağı da qeyd edilib.

Günel Məlikzadə