Mbappenin barmağı sınıb
İdman
"Real Madrid"in fransalı hücumçusu Kilian Mbappe La Liqanın 15-ci turunda "Selta" ilə oyunda sol əlindən xəsarət alıb.
News24.az xəbər verir ki, o, sınıq barmağı ilə matça davam edib. "Real Madrid" oyunda 0:2 hesabı ilə məğlub olub.
Mbappe dekabrın 10-da Çempionlar Liqasında "Mançester Siti" ilə oyunda iştirak edə biləcək.
Bu mövsüm Mbappe 25 matçda iştirak edib, 30 qol vurub və 7 məhsuldar ötürmə edib. (Teleqrafşaz)