Medinanın vəziyyəti açıqlandı

Medinanın vəziyyəti açıqlandı İdman

"Bugün aparılan müayinələr nəticəsində Kevin Medinanın vəziyyətinin normal olduğu müəyyənləşib".

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq "Qarabağ" klubunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Medinanın biri gündən komanda ilə məşqlərə qoşulması gözlənilir.

"Komanda sabah istirahət edəcək", - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, "Napoli" - "Qarabağ" qarşılaşması zamanı ikinci hissənin gedişatında rəqib oyunçusunun topa zərbəsi Medinanın üzünə tuş gəlib. Bundan sonra müdafiəçi huşunu itirib.