“Mən millidən istefa verməmişəm” - Rəşad Sadıqov
İdman
İdman TV-nin “Sportcast” verilişində qonaq olan “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan U-21 yığmasından ayrıldığı zamanı xatırlayıb.
News24.az xəbər verir ki, o, millidən göndərildiyini deyib:
“Mən millidən istefa verməmişəm. Sadəcə olaraq, mənə zəng edib dedilər ki, “səninlə işləmək istəmirik”. Halbuki, 20 gün əvvəl yeni tsikl üçün birlikdə planlar qurmuşduq”./Qafqazinfo