Məşhur futbolçu həbs edilə bilər

Məşhur futbolçu həbs edilə bilər İdman

“Çelsi” və “Mançester Siti”nin keçmiş futbolçusu Rahim Sterlinq qanunu pozduğu üçün həbs oluna bilər.

News24.az xəbər verir ki, İngiltərə millisinin sabiq futbolçusuna təhlükəli avtomobil idarəetmə, üzərində narkotik maddə saxlamaq və yol-nəqliyyat hadisəsi ilə əlaqədar saxlanıldıqdan sonra analiz verməkdən imtina ittihamları irəli sürülüb.

Təqsiri sübuta yetirilərsə, Sterlinqi 2 ilədək həbs cəzası gözləyir.

Mayın 30-da futbolçu narkotik vasitənin təsiri altında avtomobil idarə etmək şübhəsi ilə polis tərəfindən saxlanılıb.

Hadisə Hempşir bölgəsindəki avtomobil yolunda baş verib. Sterlinqin idarə etdiyi avtomobil qoruyucu maneəyə çırpılıb.

Futbolçu narkotik maddədən istifadə etməkdə və onu saxlamaqda şübhəli bilinir.

O, tibbi müayinədən keçməkdən imtina edib.

Buna baxmayaraq, Sterlinq girov müqabilində sərbəst buraxılıb.