Məşhur futbolçu Obameyanq avtomobil qəzasına düşdü

Məşhur futbolçu Obameyanq avtomobil qəzasına düşdü İdman

İspaniyanın "Deportivo" klubunun futbolçusu Pyer-Emerik Obameyanq komandasının məşqinə gedərkən avtomobil qəzasına düşüb.

News24.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, hadisə noyabrın 26-da səhər saatlarında baş verib.

Qəza nəticəsində xəsarət alan olmayıb. Bildirilir ki, 37 yaşlı Obameyanq hadisədən sonra məşq bazasına yollanıb və komanda yoldaşları ilə birlikdə adi qaydada məşq edib.

"Biz yaxşıyıq, həyatda hər şey baş verə bilər. Ən vacibi odur ki, mənimlə birlikdə qəzaya düşən şəxs xəsarət almayıb. Pis hadisədən sonra yaxşı günlər gəlir", - deyə futbolçu bildirib.

Qeyd edək ki, Obameyanq 34 qolla UEFA Avropa Liqası tarixinin ən yaxşı bombardiridir.