Məşhur futbolçunun heykəli yandırıldı - Video
İdman
Madeyra adasında futbolçu Kriştianu Ronaldunun heykəli yandırılıb.
News24.az xəbər verir ki, görüntü sosial şəbəkədə paylaşılıb.
Kadrlarda rəqs edərək qeyri-etik jestlər göstərən, daha sonra isə bürüncdən hazırlanmış Ronaldunun heykəlinin üzərinə yanacaq tökərək onu yandıran şəxsin görüntüsü yer alıb.
Qeyd edək ki, təxminən 2,4 metr hündürlüyündə olan Kriştianu Ronaldunun bürünc heykəli 2014-cü ildə futbolçunun şəxsi iştirakı ilə Portuqaliyaya məxsus Madeyra adasında Praça do Mar liman meydanında quraşdırılıb.