Məşhur klub kapitanının hesabını hakerlər ələ keçirdilər

Məşhur klub kapitanının hesabını hakerlər ələ keçirdilər İdman

“Mançester Yunayted” klubunun kapitanı Bruno Fernandes “X” (Twitter) hesabının hakerlər tərəfindən ələ keçirildiyini açıqlayıb.

News24.az-ın məlumatına görə, hadisə komandanın FA Kubokunda “Brayton”a 2:1 hesablı məğlubiyyətindən sonra baş verib.

Bir neçə saat sonra Fernandesin hesabında INEOS əleyhinə paylaşımlar, kriptovalyuta ilə bağlı mesajlar və uyğun olmayan məzmunlar yayılıb. Klub dərhal açıqlama verərək, bu paylaşımların futbolçuya aid olmadığını bildirib.

“Mançester Yunayted” azarkeşlərə xəbərdarlıq edib ki, Fernandesin hesabından edilən heç bir paylaşım və ya birbaşa mesaja etibar etməsinlər və onlarla əlaqə saxlamasınlar.