Məşhur oyunçu xəstəxanaya yerləşdirildi
İdman
“Tottenhem”in yarımmüdafiəçisi Pape Matar Sarr Afrika Millətlər Kubokunun finalında özünü pis hiss etdiyi üçün xəstəxanaya aparılıb.
News24.az xəbər verir ki, bu barədə klubdan məlumat verilib.
23 yaşlı futbolçu Seneqalın Mərakeş üzərində qələbə qazandığı oyunda ehtiyatda idi, lakin səhhətində problem yarandığı üçün meydana çıxa bilməyib və oyunsonrası tədbirlərdə iştirak etməyib.