Messi dünya çempionatları tarixində ilkə imza atdı
İdman
Argentina millisinin hücumçusu Lionel Messi futbol üzrə dünya çempionatları tarixində yeni rekorda imza atıb.
News24.az xəbər verir ki, 39 yaşlı futbolçu mundiallarda məhsuldar ötürmələrinin sayını 10-a çatdıran ilk oyunçu olub.
Messi bu göstəriciyə DÇ-2026-nın 1/4 finalında İsveçrə millisi ilə oyunda nail olub.
Onun məhsuldar ötürməsini Aleksis Makallister qola çevirərək Argentina yığmasını 1:0 hesabı ilə önə çıxarıb.
Qeyd edək ki, Messi əvvəlki mərhələdə Misir millisi ilə qarşılaşmada (3:2) dünya çempionatlarında məhsuldar ötürmələrin sayına görə həmyerlisi Dieqo Maradonanı geridə qoyaraq bu göstərici üzrə rekordçu olmuşdu.
Hazırda ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən Lionel Messi karyerası ərzində PSJ və "Barselona"nın da formasını geyinib.
O, Argentina millisinin heyətində 2022-ci il dünya çempionu, 2014-cü il dünya çempionatının gümüş mükafatçısı, 2008-ci il Olimpiya Oyunlarının qalibi, həmçinin 2021 və 2024-cü illərdə Amerika Kubokunun qalibi olub. Futbolçu, həmçinin rekord sayda – 8 dəfə "Qızıl top" mükafatına layiq görülüb.