Messi yeni rekorda imza atdı
İdman
ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messi yeni rekorda imza atıb.
News24.az-ın məlumatına görə, 38 yaşlı hücumçu buna MLS Kubokunun yarımfinalında "Nyu-York Siti"ni məğlub etdikləri oyunda nail olub.
Görüşdə bir məhsuldar ötürmə ilə yadda qalan Messi karyerasındakı assistlərin sayını 405-ə çatdırıb.
Beləliklə, Argentinalı ulduz oyunçu əfsanəvi Ferents Puşkaşın rekordunu qırıb.
Qeyd edək ki, "İnter Mayami" "Nyu-York Siti"yə 5:1 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.(Report)