Messi “İnter Mayami”də çıxışını dayandırdı

Messi “İnter Mayami”də çıxışını dayandırdı İdman

“İnter Mayami” klubunun kapitanı Lionel Messi atası Xorxe Messinin ölümü ilə əlaqədar qeyri-müəyyən müddətə klubda çıxışlarını dayandırıb.

News24.az xəbər verir ki, bu barədə “Doble Amarilla” məlumat yayıb.

Məlumata görə, baş verənlər Messiyə ağır təsir edib və futbolçu bir müddət ailəsinin yanında qalmaq qərarına gəlib.

Qeyd edək ki, Xorxe Messi həyatının son aylarında sağalmaz xəstəliklə mübarizə aparıb və avqustun 8-də vəfat edib.

Onunla vida mərasimi avqustun 9-da gücləndirilmiş təhlükəsizlik tədbirləri altında, qapalı şəkildə keçirilib.

Lakin bir sıra media nümayəndələri mərasimə daxil olmağa nail olublar.