Messi üçün 20 metrlik nəhəng heykəl ucaldılacaq - Foto
İdman
Hindistanın Kalkutta şəhərində Lionel Messiyə həsr olunmuş 20 metrdən hündür heykəlin açılışı keçiriləcək.
News24.az xəbər verir ki, Leyk Taun rayonunda yerləşən abidə futbolçunun Dünya Kubokunu qaldırdığı anı təsvir edir və təxminən 40 günə inşa edilib.
Qərbi Benqal naziri Sujit Bose heykəlin Messiyə həsr olunmuş ən böyük abidə olduğunu bildirib. Məlumata görə, təhlükəsizlik səbəbindən Messi açılış mərasiminə şəxsən qatıla bilməyəcək və tədbir onlayn keçiriləcək.
Heykəl Messinin Hindistana səfəri ilə bağlı hazırlanıb. Futbolçunun ölkənin bir neçə şəhərində xeyriyyə tədbirləri və futbol görüşlərində iştirak edəcəyi qeyd olunub.