Messi zədələndi, matç təxirə düşdü
İdman
Lionel Messinin zədələnməsi səbəbindən “İnter Mayami”nin Puerto-Rikoda keçirilməsi planlaşdırılan növbəti yoldaşlıq oyunu təxirə salınıb.
News24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, argentinalı ulduz Ekvadorun “Barselona” klubu ilə matç zamanı əzələsində gərginlik hiss edib. Bu səbəbdən “İndependyente del Valye”yə qarşı keçirilməsi nəzərdə tutulan görüşün vaxtı dəyişdirilib.
Qeyd edək ki, fevralın 14-nə təyin olunan qarşılaşma fevralın 26-da baş tutacaq.