Messidən atasına vida məktubu
İdman
Argentina millisinin ulduzu Lionel Messi vəfat edən atasına vida məktubu yazıb.
Messi atasına yazdığı məktubda uşaqlıq illərindən, 2026-cı il Dünya Kubokundan və futbol karyerasından bəhs edərək hisslərini ifadə edib.
O, atasına Dünya Kubokunun finalına çıxacaqlarına söz verdiyini və həmin kuboku ona hədiyyə etmək istədiyini, lakin buna nail ola bilmədiyini bildirib.
Məktubda deyilir:
“Atacan, hələ də inana bilmirəm. Bunu qəbul edə bilmirəm, yaxud qəbul etmək istəmirəm. Səni bir daha heç vaxt görə bilməyəcəyimi, bir daha danışa bilməyəcəyimizi təsəvvür etmək çox çətindir.
Ağrı çəkdiyini bilirdim, amma bizi çox tez tərk etdin. Mənə daim 2026-cı il Dünya Kubokunda iştirak etməyimi istədiyini deyirdin. Mən də sənə finala çıxacağımıza söz vermişdim.
Hər oyunun sonunda yanına gedə bilmək üçün səbirsizliklə gözləyirdim. Həmin kuboku sənə hədiyyə etmək istəyirdim, amma alınmadı. Ayaqlarımın gücü çatmadı. Yaşıma və bədənimə qarşı mübarizə aparmağa çalışdım, amma olmadı.
Sənsiz nə edəcəyimi bilmirəm. Bütün həyatım boyu futbol oynamışam və indi davam edib-etməyəcəyim barədə şübhələrim var.
Karyeramın əvvəlindən yanımda olmusan. Niyə bir az da dözə bilmədin? Karyeramı səninlə birlikdə başa vura bilərdim.
Uşaq vaxtı işdən qayıdan kimi məni məşqə aparırdın. Heç bir oyunumu buraxmırdın. Sən mənim atam, dostum, məşqçim, bir sözlə, hər şeyim oldun.
Sənin üçün çox darıxacağam. Aramızdan ayrılsan da, hər zaman varlığını hiss edəcəyik. Övladlarımı böyüdərkən səni özümə nümunə götürəcəyəm.
Rahat yat, ata. Təşəkkür edirəm”.