“Messidən belə üstün ola bilər”

“Messidən belə üstün ola bilər”                       İdman

"Qalatasaray" futbol klubunun sabiq kapitanı Uesli Sneyder “Barselona”nın gənc ulduzu Lamin Yamalı tərifləyərək onun Lionel Messidən belə üstün ola biləcəyini bildirib.

News24.az-ın məlumatına görə, Sneyder Yamalı klubun yeni Messisi adlandırıb və onun İspaniya nəhəngi tərəfindən buraxılmayacağını qeyd edib:

“Yamal uşaqlığından bəri "Barselona" klubundadır və artıq çox şey qazanıb. Məncə, nə İngiltərəyə, nə Almaniyaya getməyə ehtiyac var. Onu 10 il sonra da "Barselona"da görəcəyik”.

Hollandiyalı keçmiş futbolçu Yamalın Messi səviyyəsinə çatıb-çatmaması ilə bağlı suala isə belə cavab verib:

“Bu mümkündür. Oyunçular hər il inkişaf edir və Yamal artıq ən yüksək səviyyədədir”.