Messinin mükafatı əlindən alınsın - Azarkeşlər ayağa qalxdı

Messinin mükafatı əlindən alınsın - Azarkeşlər ayağa qalxdı İdman

Change.org platformasının istifadəçiləri Lionel Messiyə verilən "Asturiya Şahzadəsi" mükafatının geri alınması üçün 30 petisiya başladıblar.

News24.az xəbər verir ki, bu barədə COPE nəşri məlumat yayıb.

Məlumata görə, azarkeşlər Argentina millisinin kapitanına təqdim olunan mükafatın ləğv edilməsini tələb edirlər.

Narazılıq 2026-cı il dünya çempionatının finalında Argentina millisinin İspaniyaya məğlub olmasından sonra yaranıb.

Azarkeşlər hesab edirlər ki, Messinin turnir zamanı davranışı idman prinsiplərinə uyğun olmayıb.

Xüsusilə onun finalın nəticəsinə reaksiyası və mükafatlandırma mərasimindəki davranışı tənqid edilir.

Messinin 2026-cı il "Asturiya Şahzadəsi" idman mükafatına layiq görüldüyü iyunun 3-də açıqlanıb.

Münsiflər heyəti onun zəngin idman karyerasını, xeyriyyəçilik fəaliyyətini, oyunlar zamanı nümunəvi davranışını, sabit çıxışını, təvazökarlığını və komanda oyununa sadiqliyini yüksək qiymətləndirib.