"Rəqibi təhlil etmişik, meydanda inamla oynamalıyıq"

"Rəqibi təhlil etmişik, meydanda inamla oynamalıyıq" İdman

“Sabah böyük komandaya qarşı oynayacağımızın fərqindəyik”.

News24.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının Əsas Liqa mərhələsinin IV turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Çelsi” qarşılaşmasından öncə təşkil olunan mətbuat konfransında "Qarabağ" futbol klubunun oyunçusu Elvin Cəfərquliyev deyib.

Oyunçu bildirib ki, qarşıdakı oyunda bütün Azərbaycanın diqqəti komandalarının üzərində olacaq:

"“Çelsi" futbol komandasını təhlil etmişik, tamamilə fərqli strateji yanaşma nümayiş etdirirlər. Meydanda inamlı və güclü olmağımız vacibdir”.

Elvin Cəfərquliyev həmçinin xarakter xüsusiyyətlərindən danışaraq qeyd edib:

“Mənim aqressiv xarakterim var və çalışıram ki, bunu ikitərəfli şəkildə idarə edim. Xarakter üzərində işləmək mənim üçün daha asandır, nəinki meydanda özümü idarə etmək”.