“Milan” Leaonu satmağa hazırlaşır

“Milan” Leaonu satmağa hazırlaşır İdman

“Milan” klubu futbolçu Rafael Leao ilə yollarını ayırmaq qərarına gəlib.

News24.az xəbər verir ki, bu qərar “Latsio” ilə oyunda baş məşqçi Alleqri ilə yaşanan gərginlikdən sonra verilib.

İtaliya mətbuatının yazdığına görə, “Milan” oyunçu üçün təxminən, 80 milyon avro məbləğində təklifləri qəbul etməyə hazırdır. Onun müqaviləsində isə 170 milyon avroluq sərbəst qalma maddəsi var.

Bildirilir ki, Rafael Leao ilə İngiltərə və Səudiyyə Ərəbistanı klubları maraqlanır.