Millətlər Liqası: Azərbaycan yığmasının rəqibləri müəyyənləşdi

Millətlər Liqası: Azərbaycan yığmasının rəqibləri müəyyənləşdi İdman

Belçikanın paytaxtı Brüsseldə təşkil edilən püşkatmanın nəticəsinə görə D liqasında mübarizə aparacaq Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

News24.az xəbər verir ki, püşk zamanı birinci səbətdə yer alan millimiz 2-ci qrupda Litva və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq.

Millətlər Liqasında yeni mövsümə 2026-cı ilin sentyabrında start veriləcək.