Millimizin futbolçusu evləndi

Millimizin futbolçusu evləndi İdman

Bu gün Azərbaycan millisinin və "Sabah"ın futbolçusu Rəşad Eyubov ailə həyatı qurub.

News24.az xəbər verir ki, paytaxt təmsilçisi 26 yaşlı futbolçunu toyu Bakıdakı restoranların birində baş tutub.

Toy mərasimində "Sabah"ın kollektivi və Eyubovun futbolçu dostları da iştirak edib.