Millimizin futbolçusu həbs edildi

Millimizin futbolçusu həbs edildi İdman
Azərbaycan millisinin sabiq futbolçusu Cəmşid Məhərrəmov həbs olunub. Bu barədə məlumatı Sportinfo.az saytı yayıb.
News24.az xəbər verir ki, o, ötən gün hüquq-mühafizə orqanının əməkdaşları tərəfindən saxlanılıb. Veteran futbolçunun saxlanılması səbəbinə gəlincə, bunun C.Məhərrəmovun vaxtı ilə oyun alqı-satqısında iştirak etməsiylə bağlı olduğu bildirilir.
Qeyd edək ki, 36 yaşlı C.Məhərrəmov 2017-ci ildə danışılmış oyunlarda iştirak etdiyi üçün peşəkar futboldan uzaqlaşdırılıb. O, karyerası ərzində MOİK, "Karvan, "Bakı", "Kəpəz" "Rəvan", Türkiyənin "Adanaspor" klubunda çıxış edib.