Millimizin oyunlarının başlama vaxtı müəyyənləşdi

Millimizin oyunlarının başlama vaxtı müəyyənləşdi İdman
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının keçirəcəyi oyunların başlama vaxtı məlum olub.

News24.az AFFA-ya istinadən xəbər verir ki, noyabrın 12-də Avstriya, 16-da Norveç komandası ilə “Bakcell Arena”da keçiriləcək oyunlar saat 20:00-da başlayacaq.