Moskva məhkəməsi Azərbaycan əsilli idmançı ilə bağlı qərar verdi
İdman
Azərbaycan əsilli MMA döyüşçüsü Fərid Yadullayev Moskvada amfetamin əldə etdiyinə görə şərti cəza alıb.
News24.az xəbər verir ki, Yadullayev bu ilin may ayında gizli üsul ilə 1,45 qram amfetamin alıb.
Bir müddət sonra idmançı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Döyüşçü təqsirini etiraf edib və peşman olduğunu bildirib.
Moskvanın Meşanski Rayon Məhkəməsi onu 4 il sınaq müddəti təyin edilməklə 3 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edib.