Mourinyo “Real”a şərt qoydu
İdman
Joze Mourinyonun adı yenidən “Real Madrid”lə hallanır.
News24.az xəbər verir ki, portuqaliyalı mütəxəssis mümkün qayıdış üçün klub rəhbərliyinə şərtlərini çatdırıb.
Mourinyo Vinisius Junioru komandada görmək istəmir. O, braziliyalı futbolçunu həm meydanda, həm də meydandan kənarda gərginlik yaradan oyunçu kimi qiymətləndirir və ehtiyata düşəcəyi halda satılmasını tələb edir. Eyni zamanda, Mourinyonun planlarında Arda Güler də yer almır. Məşqçi intizamlı və tam nəzarət olunan heyət formalaşdırmaq niyyətindədir.
“Real Madrid”in Vinisiusun mümkün satışından əldə ediləcək vəsaiti heyətin gücləndirilməsinə yönəldə biləcəyi bildirilir.