Mourinyodan sərt çıxış: “Məni axmaq hesab edirsən?!”

Mourinyodan sərt çıxış: “Məni axmaq hesab edirsən?!” İdman

Joze

"Benfika"nın baş məşqçisi Joze Mourinyo "Gil Visente" ilə oyun öncəsi keçirdiyi mətbuat konfransında diqqətçəkən açıqlamalar verib.

News24.az xəbər verir ki, Joze Mourinyo futbolçusu Prestianninin "Real Madrid"in braziliyalı ulduzu Vinisius Juniora qarşı irqçi ifadə işlətməsi ilə bağlı iddialara münasibət bildirib. O deyib ki, əgər futbolçunun günahı sübut olunarsa, onunla yollar ayrılacaq:

“Əgər futbolçumun həm mənim, həm də "Benfika"nın prinsiplərinə hörmət etmədiyi sübut olunsa, onun mənimlə karyerası bitəcək. Oyunçuya sevgi var, amma qeyd-şərtsiz müdafiə yoxdur".

Təcrübəli mütəxəssis təqsirsizlik prezumpsiyasına hörmət edilməsinin vacibliyini də vurğulayıb:

“Mən vəkil deyiləm, amma cahil də deyiləm. Təqsirsizlik prezumpsiyası insan hüququ deyilmi?”

Joze Mourinyo həmçinin "Real Madrid"ə qayıdacağı ilə bağlı yayılan iddiaları qəti şəkildə təkzib edib. Onun açıqlamaları Portuqaliya və İspaniya mediasında geniş müzakirələrə səbəb olub.