"Məyus oldum, PSJ-yə qarşı oynamaq istəyirdim" – Zubir

"Məyus oldum, PSJ-yə qarşı oynamaq istəyirdim" – Zubir İdman

“Qarabağ”ın kapitanı Abdullah Zubir UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatmasından sonra fikirlərini bölüşüb.

News24.az xəbər verir ki, o, bu haqda Fransanın “Le Fiqaro” qəzetinə danışıb.

“Şəxsən mən məyus oldum. Mən “Park de Prens”ə gəlib orada oynamaq istəyirdim. Mən fransızam və Çempionlar Liqasının hazırkı qaliblərinə (PSJ – red.) qarşı oynamaq çox maraqlı olardı. Bu, sadəcə mənim şəxsi fikrimdir. Bilmirəm, komanda yoldaşlarım da mənimlə razıdırmı (gülümsəyir)” - deyə o bildirib.

Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” İngiltərənin “Nyukasl” klubu ilə üz-üzə gələcək. (Qol.az)