"Napoli" “Çelsi” oyunçusunu hədəf aldı

"Napoli" “Çelsi” oyunçusunu hədəf aldı İdman

Rahim Sterlinq “Çelsi” ilə müqaviləsini ləğv etməyi düşünür.

News24.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

31 yaşlı cinah oyunçusu mövsümün əvvəlindən əsas heyətdə yer almır və Londondan ayrılmaq niyyətindədir. “Napoli” Sterlinqi potensial transfer hədəfi kimi dəyərləndirir. Klub sərt maliyyə siyasəti fonunda hücum xəttini gücləndirmək üçün münasib variantlar axtarır.

Qeyd olunur ki, mümkün keçid “Napoli”nin yanvar transfer dövründəki maliyyə imkanlarından asılı olacaq.