“Napoli” ilə matçda “Qarabağ”ı 1000-dən çox azarkeş dəstəkləyəcək
İdman
“Qarabağ” komandasını İtaliyada “Napoli”yə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununda 1000-dən çox azarkeş dəstəkləyəcək.
News24.az xəbər verir ki, bu barədə “köhlən atlar”ın Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.
“Napoli”yə qarşı matçda tribunada 1100 azərbaycanlı fanat olacaq”, - klub rəsmisi vurğulayıb.
Qeyd edək ki, “Napoli” - “Qarabağ” matçı noyabrın 25-də “Stadio Diego Armando Maradona” stadionunda, Bakı vaxtı ilə saat 23:59-da başlayacaq. (idman.biz)