“Napoli” "Qalatasaray"ın futbolçusunu transfer etmək istəyir

“Napoli” "Qalatasaray"ın futbolçusunu transfer etmək istəyir İdman

“Napoli” klubu “Qalatasaray”ın futbolçusu Vilfrid Sinqo ilə maraqlanır.

News24.az xəbər verir ki, “Qalatasaray” mövsümün əvvəlində müdafiəçini “Monako” klubundan 30 milyon avroya transfer etmişdi. İndi isə İtaliya klubu oyunçunu heyətinə qatmaq istəyir.

Fil Dişi Sahilindən olan futbolçu zədədən sonra yaxşı forma toplayıb. Xüsusilə Çempionlar Liqasındakı çıxışı onun diqqət mərkəzinə düşməsinə səbəb olub.

Məlumata görə, “Qalatasaray” Sinqonu satmaq üçün yüksək məbləğ tələb edir.